Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev insan kapitalının inkişafına daim diqqət göstərir.
Bunu Spiker Sahibə Qafarova Milli Məclisin bugünkü iclasında İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bildirib.
Spiker ölkəmizdə dərin kökləri olan tolerantlıq ənənələrinin möhkəmləndirildiyini önə çəkib.
Xanım spiker Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun artması, hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün tələblərinə uyğun ən güclü ordunun yaradılması və torpaqlarımızın işğaldan azad olunması və digər sahələrdə əldə olunan uğurlara diqqət çəkib.